ABŞ raket hücumundan müdafiə elementlərinin Polşada yerləşdirilməsinə dair ilkin saziş imzalanıb

ABŞ raket hücumundan müdafiə elementlərinin Polşada yerləşdirilməsinə dair ilkin saziş imzalanıb
# 15 avqust 2008 08:47 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Vaşinqtonla Varşava arasında ABŞ raket hücumundan müdafiə elementlərinin Polşa ərazisində yerləşdirilməsinə dair ilkin saziş imzalanıb.

APA-nın beynəlxalq KİV-lərə istinadən verdiyi məlumata görə, sənədi ABŞ dövlət katibinin silahlara və beynəlxalq təhlükəsizliyə nəzarət məsələləri üzrə müavini Con Rud və Polşanın xarici işlər nazirinin müavini Anjey Kremer imzalayıblar. Saziş Polşa ərazisində «Petriot» batareyalarının yerləşdirilməsini və Polşa-ABŞ hərbi əməkdaşlığının möhkəmləndirilməsini nəzərdə tutur. Sənədə görə, 2012-ci ilə kimi Polşada ABŞ-ın daimi qarnizonu yerləşdiriləcək. Bundan başqa, Polşaya üçüncü dövlət tərəfindən təhlükə olacağı təqdirdə, ABŞ-ın Varşavaya hərbi yardım göstərəcəyi barədə müddəa da sənəddə əksini tapıb.

Xatırladaq ki, iyulun 8-də ABŞ-la Çexiya arasında bu ölkədə radar sisteminin quraşdırılmasına dair sənəd imzalanıb. Həmin sənədi ABŞ dövlət katibi Kondoliza Rays və Çexiya XİN-in başçısı Karel Şvartsenberq imzalayıblar. Radar 2014-cü ildə istifadəyə hazır olmalıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR