Bolqar taxt-tacının varisi knyaz Kardam avtomobil qəzasına düşüb

Bolqar taxt-tacının varisi knyaz Kardam avtomobil qəzasına düşüb
# 16 avqust 2008 07:59 (UTC +04:00)
Madrid-APA. Bolqar çarının oğlu knyaz Kardam həyat yoldaşı ilə yol qəzasına düşüb. APA-nın məlumatına görə, Madrid yaxınlığında baş verən qəzada knyazla birlikdə xanımı da ağır yaralanıb. Hər iki şəxs təcili olaraq xəstəxanaya çatdırılıb, həkimlər bolqar knyazının vəziyyətinin ağır olduğunu bildirir. Qeyd edək ki, knyaz Kardam Madriddə yaşayan bolqar çarı Simeonun ən böyük övladı, Bolqar taxt-tacının varisidir. 2001-ci ildə Bolqarıstan parlamentinə keçirilən seçkilərdə çar Simeonun rəhbərlik etdiyi “İkinci Simeon milli hərəkatı” qalib gəlib. Çar Simeon dörd il Bolqarıstanın baş naziri olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR