3 yaşlı qız itkin düşəndən 7 gün sonra meşədəki quyudan sağ-salamat tapılıb

3 yaşlı qız itkin düşəndən 7 gün sonra meşədəki quyudan sağ-salamat tapılıb
# 19 avqust 2008 08:36 (UTC +04:00)
Balıkəsir – APA. Türkiyənin Balıkəsir vilayətində qəribə hadisə baş verib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, vilayətin Ədrəmid qəsəbəsinin Bəyoba kəndində 3 yaşlı İrəm adlı qız itkin düşəndən 7 gün sonra meşədə 5 metr dərinliyində quyudan sağ-salamat tapılıb. Həftə sonu meşəyə dincəlməyə gedən bir ailə quyudan uşaq səsi eşidib. Dərhal jandarmaya xəbər verilib və uşaq quyudan çıxarılıb. 7 gün meşədə ac-susuz qalan azyaşlı tibbi müayinədən keçirilib, onun səhhəti normaldır.
Məlum olub ki, 3 yaşlı qız evdən valideynlərindən xəbərsiz çıxıb və meşədə azıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR