Estoniya prezidentinin səhhəti qəfil pisləşib

Estoniya prezidentinin səhhəti qəfil pisləşib
# 19 avqust 2008 08:43 (UTC +04:00)
Tallin-APA. Estoniya prezidenti Toomas Xendrik İlvesin səhhəti qəfil pisləşib. APA-nın məlumatına görə, özünü pis hiss etdiyindən şikayətlənən prezident müayinə üçün xəstəxanaya aparılıb. Prezidentin dəftərxanasından bildiriblər ki, cənab İlvesin səhhətinin qəfil pisləşməsinə səbəb virus infeksiyasına yoluxmasıdır. Müayinədən sonra prezident xəstəxanadan evinə aparılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR