Bank Of Baku

Radovan Karaciç onu mühakimə edəcək hakimlərin dəyişdirilməsini tələb edir

Radovan Karaciç onu mühakimə edəcək hakimlərin dəyişdirilməsini tələb edir
# 20 avqust 2008 10:01 (UTC +04:00)
Haaqa-APA. Bosniya serblərinin lideri Radovan Karaciç sabiq Yuqoslaviya üzrə beynəlxalq tribunalın hakimlərinin dəyişdirilməsini tələb edib. APA-nın “İnterfaks” a istinadən yaydığı məlumata görə, Haaqa tribunalına məktub göndərən Karaciç bildirib ki, prosesə sədrlik edəcək hakim Alfons Orinin obyektiv qərar çıxaracağına şübhə ilə yanaşır: “Alfons Ori prosesi obyektiv aparmayacaq, çünki əvvəllər də Bosniya üzrə işlərə dair qərarlar çıxarıb. O həqiqəti üzə çıxarmağa deyil, ittiham aktında yazılanları isbatlamağa çalışacaq”. Qeyd edək ki, Radovan Karaciç Bosniyanın müsəlman əhalisinə qarşı soyqırımı həyata keçirməkdə, insanlığa qarşı cinayətlər törətməkdə və müharibə dövrünün qanunlarını kobud surətdə pozmaqda ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR