Bank Of Baku

Trayan Basesku: ““Dondurulmuş münaqişələrdə” sülhün qorunması mexanizmləri təsirli deyil”

Trayan Basesku: ““Dondurulmuş münaqişələrdə” sülhün qorunması mexanizmləri təsirli deyil”
# 20 avqust 2008 14:57 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “Son günlər Qafqazda baş vermiş hadisələr beynəlxalq münasibətlərə böyük zərər gətirib”. APA-nın məlumatına görə, bu fikirləri Ukrayna prezidenti Viktor Yuşşenko rumın həmkarı Trayan Basesku ilə keçirdiyi birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, Gürcüstanda baş verən hadisələr Avropa İttifaqının enerji təhlükəsizliyini sual altına qoyub və enerji daşıyıcılarının nəqlinin diversifikasiyasını aktuallaşdırıb. O, Basesku ilə apardığı danışıqlar zamanı gəldikləri mövqeni açıqlayaraq bəyan edib ki, Gürcüstandakı ssenarinin digər “dondurulmuş münaqişələr”ə sirayət etməməsi üçün bütün variantlardan istifadə etmək lazımdır: “Biz hamımız birmənalı bəyan etməliyik ki, münaqişələrin hərbi ssenari üzrə həllini qəbul etmirik”. Mətbuat konfransında çıxış edən Trayan Basesku bildirib ki, digər “dondurulmuş münaqişələr”də sülhün qorunması mexanizmi təsirli deyil: “Bu mexanizmlərin tez-gec regional münaqişələrə çevrilməsi riski var. Ona görə də mən “dondurulmuş münaqişələr”in nizamlanması üçün digər mexanizmlərin tapılmasına dair Avropa İttifaqının mövqeyini dəstəkləyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR