Bank Of Baku

İspaniyada sərnişin təyyarəsi qəzaya uğrayıb, 50 nəfər ölüb, onlarla insan yaralanıb

İspaniyada sərnişin təyyarəsi qəzaya uğrayıb, 50 nəfər ölüb, onlarla insan yaralanıb
# 20 avqust 2008 17:03 (UTC +04:00)
Madrid-APA. “Spanair” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin Madrid aeroportunda qəzaya uğraması nəticəsində ən azı 50 nəfər həlak olub, 40 nəfər yaralanıb. APA-nın məlumatına görə, İspaniya hökuməti qəzaya uğrayan təyyarədə 163 sərnişinin olduğunu bildirib. Şahidlərin sözlərinə görə, təyyarə havaya qalxan zaman sol mühərrikdə yanğın baş verib və təyyarə uçuş xəttindən kənarda yerə düşərək parça-parça olub. İspaniyanın “El Mundo” qəzeti qəzanın qurbanlarının sayının yüz nəfəri keçə biləcəyini yazıb. Qəzetin yazdığına görə, alışan təyyarədən yalnız 21 sərnişini evakuasiya etmək mümkün olub, onların hamısının vəziyyəti ağırdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR