Bank Of Baku

İzmirdə terror aktı baş verib, çoxlu sayda yarlı var

İzmirdə terror aktı baş verib, çoxlu sayda yarlı var
# 21 avqust 2008 09:55 (UTC +04:00)
İzmir-APA. İzmirdə terror aktı həyata keçirilib. APA-nın məlumatına görə, İzmirin Buça yaşayış məntəqəsində baş verən partlayışda ən azı 16 nəfər yaralanıb. Partlayış uzaqdan idarəetmə üsulu ilə hərbi maşın karvanı yoldan keçən zaman həyata keçirilib. Yaralıların əksəriyyəti polislər və hərbçilərdir. Onların sırasında türk ordusunun polkovniki də var. Hadisə zamanı yoldan keçən beş nəfər mülki şəxs də müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar təcili olaraq xəstəxanalara aparılıb. Hadisə yerinə jandarma qüvvələri gətirilib. Terror aktı nəticəsində üç maşın ziyan görüb. Partlayışın yol kənarında dayanmış maşınlardan birinə yüklənmiş partlayıcı maddələrin uzaqdan idarə etmə üsulu ilə işə salınması yolu ilə həyata keçirildiyi güman edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR