Bank Of Baku

Türkiyədə terror aktı törədən PKK-çının telefonunun nömrəsi azərbaycanlı qadının adına olub

Türkiyədə terror aktı törədən PKK-çının telefonunun nömrəsi azərbaycanlı qadının adına olub
# 21 avqust 2008 09:59 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Mərsin valisi Hüseyn Aksoy ölən terrorçunun üzərindən tapılan şəxsiyyət vəsiqəsinin saxta olduğunu, onun kimliyinin DNK testi və ya barmaq izi ilə müəyyənləşdiriləcəyini deyib. Hadisə ilə bağlı aparılan araşdırma zamanı məlum olub ki, partladılan maşın bir ay əvvəl alınıb. Maşını satan şəxs polisə ifadəsində bildirib ki, özünü Məmməd Qurtaran kimi təqdim edən şəxs maşının pulunu nağd ödəyib, avtomobili daha sonra adına keçirəcəyini göstərib. Maşını alan şəxs satıcıya bir cib telefon nömrəsi verib: “Həmin nömrəyə dəfələrlə zəng etsəm də, telefon bağlı idi”.

Araşdırma nəticəsində müştərinin maşının sahibinə verdiyi telefon nömrəsinin İstanbulda “Loti Otel”də qalan azərbaycanlı, 43 yaşlı Səmaya Mahmudovanın adına qeydiyyatda olduğu müəyyənləşib. Şəxsiyyət vəsiqəsində 1971-ci il təvəllüdlü göstərilən Məmməd Qurtaranın 1992-ci ildə PKK terror təşkilatının üzvü olduğu üçün həbs edildiyi ortaya çıxıb.

Qeyd edək ki, partlayış nəticəsində 13 polis yaralanıb, bir terrorçu isə ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR