Bank Of Baku

İslandiya Arktik şelfdə neft hasilatına başlayacaq

İslandiya Arktik şelfdə neft hasilatına başlayacaq
# 22 avqust 2008 10:31 (UTC +04:00)
Reykyavik-APA. İslandiya Arktik şelfdə neft hasilatına başlamaq niyyətindədir. APA-nın məlumatına görə, ölkə gələn ilin yanvarından şelfdəki neft yataqlarının işlənməsi üçün 100-dən artıq lisenziyanın verilməsinə başlayacaq. Lisenziyaların alınmasına dair tenderlərdə Norveçin “StatoilHydro” şirkəti və bir neçə Britaniya şirkətlərinin iştirak edəcəyi gözlənilir. Lisenziyalar ilkin olaraq 16 il müddətinə, daha sonra isə 30 il müddətinə veriləcək. Ötən ay ABŞ Geologiya Xidmətinin dərc etdiyi açıqlamaya görə, Arktik şelfdə, buzlaqlar altında 90 milyard barel neft olduğu ehtimal edilir. Bu, Nigeriya, Qazaxıstan və Meksikanın malik olduğu neft yataqlarının ümumi həcmindən artıqdır. Son zamanlar iri neft şirkətlərinin Arktik şelfdə neft yataqlarının kəşfiyyatına marağı artmaqdadır. Bu, əsasən dünya bazarında neftin qiymətinin sürətlə qalxması ilə izah olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR