Bank Of Baku

Abramoviç nişanlısı üçün 250 min avroluq gəlinlik sifariş edib

Abramoviç nişanlısı üçün 250 min avroluq gəlinlik sifariş edib
# 22 avqust 2008 12:38 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Rusiyalı milyarder Roman Abramoviç nişanlısı modelyer Darya Jukova üçün dəyəri 250 min avro olan gəlinlik sifariş edib. APA-nın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, gəlinliyi tanınmış italyan dizayner Roberto Kavalli tikəcək. Gəlinliyin necə olacağı sirr olaraq saxlanılır.

İş adamı ilə modelyerin toyu bu ilin oktyabrında dünyanın 6 şəhərində, o cümlədən Moskva, Los-Anceles və Londonda keçiriləcək.

Qeyd edək ki, R. Kavalli Filipp Kirkorov və Dima Bilan kimi məşhur ifaçıların da dizayneridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR