Bank Of Baku

Dəniz Baykal: “Diqqət edək də, Türkiyə olaraq Azərbaycanı üzməyək”

Dəniz Baykal: “Diqqət edək də, Türkiyə olaraq Azərbaycanı üzməyək”
# 23 avqust 2008 21:34 (UTC +04:00)
Türkiyə illərdir ki, əlaqələrin qurulması üçün qondarma “soyqırım” iddialarının aradan qaldırılmasını, Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılması üçün müzakirələrin başlanmasını təklif edir. Bu, doğru siyasətdir. Amma indilik Ermənistanın siyasətində hər hansı bir dəyişiklik olmadan isti münasdibətlər qurmağa çalışanlar var. Diqqət edək də, Türkiyə olaraq Azərbaycanı üzməyək”.

APA-nın xəbərinə görə, bunu İzmirdə keçirdiyi mətbuat konfransında Türkiyənin Cümhuriyyət Xalq Partiyasının rəhbəri Dəniz Baykal ölkəsinin Ermənistanla əlaqələr qurması ilə bağlı suala cavabında deyib.

D. Baykal Azərbaycanla Türkiyə arasında illərdir ki, “bir milıətin iki dövləti” anlayışının var olduğunu xatırladıb: “Türkiyə prezidenti futbol oyununu seyr etmək üçün İrəvana gedəcək. Bu vəziyyət azərbaycanlı qardaşlarımızı üzməməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR