Bank Of Baku

Şırnakda 7 PKK terrorçusu öldürülüb

Şırnakda 7 PKK terrorçusu öldürülüb
# 26 avqust 2008 14:13 (UTC +04:00)
Şırnak-APA. Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatına qarşı əməliyyatları davam etdirir. APA-nın məlumatına görə, ordu birləşmələrinin Cudi, Küpeli və Kato dağlarında həyata keçirdikləri əməliyyatda aviasiya qüvvələri də iştirak edir. Şırnakın dağlıq hissəsinə “Sikorski” vertolyotları ilə xüsusi təlim keçmiş komando qüvvələri endirilib, bölgədə aktiv əməliyyata başlayan ordu hissələri PKK terrorçularının nəzarətində olan strateji bölgələri ələ keçiriblər. Türkiyə-İraq sərhədinə də əlavə hərbi qüvvələr gətirilməsi davam edir. Bu gün Şırnakda həyata keçirilən əməliyyatlarda 7 PKK terrorçusu öldürülüb, Türkiyə Silahlı Qüvvələrinin isə bir əsgəri şəhid olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR