Bank Of Baku

Ukrayna parlamentinin sədri Gürcüstandakı hadisələrin digər “dondurulmuş münaqişələr”ə də təsiri ola biləcəyini deyib

Ukrayna parlamentinin sədri Gürcüstandakı hadisələrin digər “dondurulmuş münaqişələr”ə də təsiri ola biləcəyini deyib
# 27 avqust 2008 08:33 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Ukrayna Ali Radasının sədri Arseniy Yasenyuk Rusiya tərəfindən Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınmasına münasibət bildirərək, rəsmi Moskvanın beynəlxalq hüququ pozduğunu bəyan edib. “Bu, “dondurulmuş münaqişələr”lə bağlı bir sıra mənfi nəticələrə gətirib çıxara bilər. Xatırlatmaq istərdim ki, Cənubi Osetiya və Abxaziyadan əlavə, Dnestryanı, Qarabağ münaqişələri, bundan başqa, dünyada çoxsaylı analoji situasiyalar var” deyən parlament sədri xatırladıb ki, bir qədər əvvəl Gürcüstandakı münaqişələrin geosiyasi sabitliyə ciddi təhlükə olduğunu barədə xəbərdarlıq edib.

Kosovo presedentinin də beynəlxalq hüquq nöqteyi-nəzərindən mükəmməllikdən çox uzaq olduğunu deyən A. Yasenyuk belə qərarları BMT və onun Təhlükəsizlik Şurasının vermək səlahiyyəti olduğunu xatırladıb: “Əfsuslar olsun ki, nə Kosovo, nə də Gürcüstanla bağlı beynəlxalq hüquqa riayət olunub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR