Bank Of Baku

Yaşar Böyükanıt: “Türkiyə xarici gəmilərin boğazlardan keçməsinə dair Montro sazişinə tam əməl edir”

Yaşar Böyükanıt: “Türkiyə xarici gəmilərin boğazlardan keçməsinə dair Montro sazişinə tam əməl edir”
# 28 avqust 2008 07:43 (UTC +04:00)
Ankara-APA. “Türkiyə xarici dövlətlərin Qara dənizdəki boğazlardan keçməsinə dair Montro sazişinə hərf-hərf əməl edir”. APA-nın məlumatına görə, bu bəyanatla Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı Yaşar Böyükanıt çıxış edib. O, Türkiyənin ABŞ gəmilərin boğazlardan keçməsinə icazə verməklə Montro sazişinin müddəalarını pozduğu barədə ittihamları rədd edib: “Bəziləri Montro sazişini bir dəfə belə oxumayıblar, amma ağıllarına gələni yazırlar. Bu gün Qara dənizdə Montro sazişinin əksinə olan bir vəziyyət mövcud deyil. Amma elə təqdim edirlər ki, sanki artıq Montro sazişi qüvvədən düşüb. Montro sazişi Türkiyə üçün çox önəmlidir. Qara dəniz bölgənin ən sakit dənizidir, amma bu dənizdə fırtına çıxarmağa çalışırlar. Bölgədəki bütün problemləri Qara dəniz üzərində cəmləşdirmək istəyirlər. Dağlıq Qarabağdan Moldovaya, Ermənistana kimi. Ona görə də Türkiyənin Qara dəniz məsələsində çox həssas olması lazımdır, Qara dənizdə sabitliyin pozulmasına yol vermək olmaz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR