Bank Of Baku

Türkiyəli ekspert: “Rusiya separatçı bölgələrin “müstəqilliyini” Çin və Hindistana tanıda bilsə, dünyada qütbləşmə prosesi kəskinləşəcək”

Türkiyəli ekspert: “Rusiya separatçı bölgələrin “müstəqilliyini” Çin və Hindistana tanıda bilsə, dünyada qütbləşmə prosesi kəskinləşəcək”
# 28 avqust 2008 12:47 (UTC +04:00)
İstanbul-APA. “Cənubi Qafqazda baş verən proseslər Rusiyanın Gürcüstandakı ik separatçı rejimi tanıması ilə yekunlaşmayacaq. Bu prosesin daha dərin nəticələri ola bilər”. Bu açıqlamanı APA-nın Türkiyə bürosuna İstanbulun Kültür Universitetinin beynəlxalq əlaqələr kafedrasının dosenti, Qlobal Strateji Trendlər Mərkəzinin icraçı direktoru Mənsur Akgün verib. O bildirib ki, Qafqaz ölkələri və ətraf dövlətlərin problemlərin həlli təşəbbüsünü öz əllərin almalı olduğunu deyib: “Bu, böhranın dərinləşməsinin qarşısını ala bilər. Çünki məsələ sadəcə Gürcüstanın ərazi bütövlüyü ilə məhdud deyil. Bəzi problemləri güc yolu ilə həll etmək mümkün görünmür. Bu nöqteyi-nəzərdən Dağlıq Qarabağ məsələsinə baş nazir Ərdoğanın irəli sürdüyü Qafqaz Sabitlik Paktı çərçivəsində baxmaqda xeyir var. Qafqazın üç əsas ölkəsindən ikisinin bir-biri ilə ciddi problemləri var. Türkiyə ilə Ermənistanın da münasibətləri yaxşı deyil. Bu problemlərin həlli üçün Türkiyənin Ermənistanla münasibətlərini inkişaf etdirmək lazımdır. Sərhədlərin bağlı olması Ermənistanla münasibətlərimizin inkişafına müsbət təsir etmir. 1993-cü ildən bu yana Ermənistana qarşı tətbiq etdiyimiz siyasətin Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmədiyini gördük. İndi geosiyasi şərtlər dəyişdiyinə görə yeni siyasəti nəzərdən keçirmək lazımdır. Artıq Ermənistan və Dağlıq Qarabağın Rusiyaya daha güclü şəkildə söykənmək istədiyini düşünə bilərik. Əgər Rusiya separatçı bölgələrin “müstəqilliyini” Çin və Hindistana tanıda bilsə, bunun qlobal nəticələri olacaq və qütbləşmə prosesi daha da güclənəcək. Əgər Ermənistan bu prosesdə Türkiyədən kənar qalsa, bunun təsiri qlobal səviyyədə hiss olunacaq. Ona görə də “Qafqaz Sabitlik Paktı” barədə ciddi düşünmək lazımdır”. Mənsur Akgün ermənilərin Türkiyəyə qarşı ərazi iddialarına da münasibət bildirib: “Ermənistan televiziyaları “Qərbi Ermənistan”da havanın vəziyyətinə dair proqnoz verirlər. O yerlər Türkiyənin Şərq vilayətləridir. Onlardan soruşuram: “İki milyon əhalinizlə o vilayətləri alsanız belə, əlinizdə saxlaya biləcəksinizmi? Bu sualın cavabını heç kəs verə bilmir. 90-cı illərdə Suriya iləı müharibə vəziyyətində idik, indi Suriyada heç kəs Türkiyəyə qarşı ərazi iddiası irəli sürmür. “Erməni soyqırımı” məsələsi ilə bağlı da ortaq məxrəcə gələcəyimizə inanıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR