Bank Of Baku

Antalyada 60 metr hündürlükdən dənizə düşən rus turistlərindən biri ölüb, biri isə ağır yaralanıb

Antalyada 60 metr hündürlükdən dənizə düşən rus turistlərindən biri ölüb, biri isə ağır yaralanıb
# 29 avqust 2008 10:44 (UTC +04:00)
Antalya - APA. Antalyanın Serik qəsəbəsində faciə baş verib. Dəniz paraşütünün ipinin qırılması səbəbindən 60 metr hündürlükdən dənizə düşən iki rus turistdən biri ölüb, biri isə ağır yaralanıb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 22 yaşlı Natalya Tarasova və 20 yaşlı Yelena Çebukina dəniz paraşütü ilə gəzintiyə çıxan zaman fırtına başlayıb. Güclü külək paraşütün ipini qırdığından dənizə düşən rus turistlər uzun müddət suyun üzündə qalıblar. N. Tarasova hadisə yerində ölüb, Y. Çebukinanı isə xilas etmək mümkün olub. Y. Çebukinanın vəziyyətinin ağır olduğu bildirilir.

Onların dincəldiyi “Belcon Otel”in dəniz paraşütündə gəzinti üzrə su idmançılarının rəhbəri Çingiz Sel saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR