Bank Of Baku

Sloveniya, Çexiya və Latviya Qafqaz regionunun Avropa İttifaqına inteqrasiyasına dair birgə bəyanatla çıxış ediblər

Sloveniya, Çexiya və Latviya Qafqaz regionunun Avropa İttifaqına inteqrasiyasına dair birgə bəyanatla çıxış ediblər
# 01 sentyabr 2008 08:09 (UTC +04:00)
Bakı-APA. Sloveniya, Çexiya və Latviyanın baş nazirləri Yanez Yanşa, Mirek Topolanek və İvars Qodmanis Sloveniyanın Bleda şəhərində keçirilən strateji forumda Qafqazda stabillik və sülhün bərqərar olunması və bu regionun Avropa İttifaqına inteqrasiya olunmasına barədə birgə bəyanatla çıxış ediblər. APA-nın məlumatına görə, Yanez Yanşa bəyanatı imzalayan ölkələrin Qafqaz regionu ilə bağlı vahid mövqedən çıxış etdiklərini bildirib: “Gürcüstan və regionda sülh, stabillik və ərazi bütövlüyü təmin olunmalı, bu regiona Avropa perspektivi verilməlidir. Münaqişənin dərinləşməməsi üçün beynəlxalq ictimaiyyət bu münaqişəyə müdaxilə etməlidir. Rusiya rəsmilərinin Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınmasını Kosovo ilə müqayisə etməsi düzgün deyil”. Latviyanın baş naziri Qodmanis deyib ki, Rusiya ilə Gürcüstanın müharibə vəziyyətində olması Avropa Qonşuluq Siyasətinə problemlər yaradır. O, çexiyalı həmkarının Avropa İttifaqının vahid xarici enerji siyasətinin olması barədə bəyanatını dəstəkləyib. Topolanek deyib ki, bu məsələ Aİ-də Fransanı əvəz edəcək Çexiyanın prioritetlərindən biri olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR