Bank Of Baku

Avropa İttifaqının Gürcüstanla bağlı fövqəladə sammiti başlayıb

Avropa İttifaqının Gürcüstanla bağlı fövqəladə sammiti başlayıb
# 01 sentyabr 2008 16:49 (UTC +04:00)
Brüssel – APA. Sentyabrın 1-də Brüsseldə Avropa İttifaqının (Aİ) Gürcüstanla bağlı fövqəladə sammiti başlayıb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, sammitdə müzakirələrin nəticəsi olaraq Aİ üzvü olan 27 ölkənin Gürcüstana siyasi və iqtisadi cəhətdən dəstək verəcəyi, habelə Cənubi Osetiyadakı hərəkətlərinə, bunun ardınca isə Cənubi Osetiya ilə Abxaziyanı tanımasına görə Rusiyanı qınayacaqları gözlənilir.

Toplantıdan əvvəl Aİ-nin ali nümayəndəsi Havyer Solana sammit iştirakçılarının Rusiyaya münasibətdə hər hansı sanksiya tətbiq etməyi planlaşdırmadıqlarını bildirib.

Qeyd edək ki, Aİ üzvləri arasında Rusiya ilə gələcək münasibətlərin perspektivlərinə dair vahid mövqe yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR