Bank Of Baku

Türkiyəli ekspert: “Abdullah Gülün İrəvan səfərinin bir nəticə verəcəyinə inanmıram”

Türkiyəli ekspert: “Abdullah Gülün İrəvan səfərinin bir nəticə verəcəyinə inanmıram”
# 02 sentyabr 2008 09:29 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə-APA. “Prezident Abdullah Gül Ermənistana bu ölkə ilə münasibətləri normallaşdırmaq, sonra isə bu ölkəni Qafqaz Sabitlik Paktına cəlb edə bilmək üçün gedir”. Bu açıqlamanı APA-nın Türkiyə bürosuna beynəlxalq məsələlər üzrə mütəxəssisi Qəmzə Kona verib. Onun sözlərinə görə, Ermənistanla bu məsələdə anlaşmaq çox çətindir: “Ermənistanla kimi milliyyətçi və bizə qarşı sərt düşmən mövqeyindən çıxış edən bir ölkə ilə ortaq məxrəcə gəlmək çox çətindir. Bundan başqa Ermənistan və Rusiya Qafqaz Sabitlik Paktının tərkib hissəsi kimi nəzərdən keçirildiyi müddətdə bu mexanizmin işləməsi mümkün olmayacaq. Gülün Ermənistana getməsini bəlkə də xoş niyyətli başlanğıc hesab etmək olar, ancaq bu cür addımlar həmişə nəticəsiz qalıb. Məncə, prezidentin bu addımı da nəticəsiz qalacaq”. Qəmzə Kona Türkiyənin bu addımı ABŞ-ın təkidi ilə atdığını bildirib: “Bu səfərin kim tərəfindən ortaya atıldığı önəmli deyil, önəmli olan səfərin nəticə verib-verməyəcəyidir. Məncə, heç bir nəticə-filan olmayacaq. Türkiyəyə qarşı ərazi iddaları irəli sürən, Ağrıdağı müqəddəs məkan sayan, qardaş Azərbaycanın torpaqlarının iyirmi faizini işğal edən Ermənistanla sağlam münasibətlər yaradıla biləcəyini düşünmürəm. Regionlarda ikitərəfli münasibətlər tarixi düşmənçiliyi olmayan ölkələr arasında daha yaxşı inkişaf etdirilir. Ermənistan əvvəlcə Qars müqaviləsini tanısın, sonra biz onlarla bir masa arxasında oturub müzakirələr apara bilərik. İrəvanın Azərbaycan torpaqlarının işğalına yaxın vaxtlarda son qoya biləcəyinə də inanmıram. Ermənistan Moskva, Paris və Vaşinqtondan aldığı dəstəklə işğalçı mövqeyini hər gün gücləndirir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR