AKP millət vəkillərinin Ermənistan-Türkiyə oyununu izləmək üçün İrəvana getməsinə qadağan qoyuldu
02 sentyabr 2008 12:16 (UTC +04:00)
İstanbul-APA. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında millət vəkillərinin Ermənistan-Türkiyə oyununu izləmək üçün İrəvana gedib-getməyəcəyi qərarı müzakirə olunub. Qrup toplantısından çıxan yekdil qərara görə, AKP millət vəkilləri bu maçı izləmək üçün İrəvana getməyəcək. Qeyd edək ki, Ermənistan prezidenti Serj Sərkisyan Türkiyə prezidenti Abdullah Gülü sentyabrın 6-da İrəvanda oynanacaq Ermənistan-Türkiyə futbol oyununu canlı izləməyə dəvət edib. Türkiyə prezidentinin İrəvana getmək qərarı qətiləşməsə də, bu səfərin reallaşacağı gözlənilir.
Avropa
Almaniyada futbol matçı zamanı iğtişaş baş verib, 155 polis xəsarət alıb
20:58
5 may 2024
KİV: Fransa Ukraynaya 3-cü Piyada Alayının əsgərlərini göndərib
18:24
5 may 2024
Çexiya Rusiyadakı səfiri Vitzeslav Pivonkanı rəsmən geri çağırıb
16:54
5 may 2024
İraq və Suriyanın şimalında 4 terrorçu zərərsizləşdirilib
16:40
5 may 2024