Bank Of Baku

Sergey Lavrov: “Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması”nın mexanizmini yaradandan sonra təşəbbüsü bölgə ölkələrinin özlərinə verəcəyik”

Sergey Lavrov:  “Qafqaz  Sabitlik və Əməkdaşlıq Platforması”nın mexanizmini yaradandan sonra təşəbbüsü bölgə ölkələrinin özlərinə verəcəyik”
# 02 sentyabr 2008 22:11 (UTC +04:00)
Orada da əməkdaşlıq edən çoxdur-ancaq qərarların qəbul edilməsində bölgə ölkələrinin özləri aktiv rol oynayır. Biz də “Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması”nın müvafiq çalışma mexanizmasını yaradandan sonra təşəbbüsü bölgə ölkələrinin özlərinə verəcəyik”.

APA-nın Türkiyə bürosunun əməkdaşı bu qeydləri Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri çərçivəsində İstanbulda keçirdiyi mətbuat konfransından edib.

Gürcüstanda baş verən hadisələrin bütün məs’uliyyətinin prezident Saakaşvilinin üzərinə düşdüyünü deyən Rusiya xarici işlər naziri NATO ölkələrini Saakaşvili rejimini silahlandırmaqda günahlandırıb.

S. Lavrov deyib: “Saakaşvili beynəlxalq hüquqdan irəli gələn öhdəliklərə heç vaxt əməl etmədi. Onun Cənubi Osetiyada minlərlə insanı öldürməsindən sonra biz oraya müdaxilə etmək məcburiyyətində qaldıq.Əslində Zviad Qamsaxurdianın ‘Gürcüstan gürcülərindir’-şüarı Qafqazdakı etnik konfliktlərin əsas mənbəyini təşkil edirdi. Bizim Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımağımız mövcud şəraitdə atılmış ən doğru addımdır. Vaxt irəlilədikcə bu addımımızın daha doğru olduğu ortaya çıxacaq. Hörmətli dostum Əli Babacan Türkiyə Kosovanın müstəqilliyini tanıyandan 2 gün sonra Moskvaya gəlmişdi. Biz o vaxt Türkiyəyə heç bir irad tutmadıq.Ona görə də Türkiyənin bizə qarşı mövqeyindən çox razıyıq. Türkiyə NATO-dakı öhdəliklərini yerinə yetirməklə birlikdə bizimlə də çox yaxından əməkdaşlıq edir. Türkiyənin bizimlə münasibətinə NATO-nu qarışdırmamasından çox məmnunuq”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR