Bank Of Baku

NATO gəmiləri Qara dənizi tərk etməyə başlayıb

NATO gəmiləri Qara dənizi tərk etməyə başlayıb
# 11 sentyabr 2008 08:24 (UTC +04:00)
Brüssel-APA. Şimali Atlantika alyansının rəhbərliyi NATO ölkələrinə məxsus gəmilərin Qara dənizi tərk etməyə başladığını bəyan edib. APA-nın məlumatına görə, hazırda Qara dənizdə İspaniya, Almaniya, ABŞ və Polşanın ümumilikdə 6 gəmisi var. NATO gəmiləri Qara dəniz akvatoriyasına Gürcüstanda hərbi əməliyyatlar başladıqdan bir neçə gün daxil olub. NATO rəhbərliyi bəyan edib ki, gəmilərin Qara dənizə daxil olması Cənubi Qafqazda münaqişə ilə bağlı deyil və əvvəlcədən planlaşdırılmış təlimlərin bir hissəsidir. Rusiya tərəfi isə NATO gəmilərinin Qara dənizə daxil olmasını regionda vəziyyəti gərginləşdirmək məqsədi daşıdığını bildirib. Buna rəğmən Rusiya Qara dənizdə NATO təlimlərinə qarşı heç bir aktiv addım atmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR