Bank Of Baku

Fransa İrakli Okruaşvilini Gürcüstana təhvil verməkdən imtina edib

Fransa İrakli Okruaşvilini Gürcüstana təhvil verməkdən imtina edib
# 11 sentyabr 2008 08:44 (UTC +04:00)
APA-nın məlumatına görə, İrakli Okruaşvilinin vəkilləri məhkəmədən öz müştərilərinin Fransa hökumətindən siyasi sığınacaq istəməsi və Gürcüstanda vəziyyətin son dərəcə gərgin olması faktını nəzərə almağı xahiş ediblər. Məhkəmənin qərarını şərh edən vəkil Lui-Mari de Ru bildirib ki, bu hadisə Gürcüstan məhkəmə sisteminin fəaliyyətinə neqativ qiymət vermək kimi dəyərləndirilə bilər. Xatırladaq ki, İrakli Okruaşvili Gürcüstanın iqtisadi inkişaf, müdafiə naziri və baş prokuror vəzifələrində çalışıb. 2006-cı ilin payızında istefaya göndərilən Okruaşvili hökumətə qarşı sərt ittihamlar irəli sürüb və prezident Saakaşvilini siyasi qətllərdə ittiham edib. Tiflis məhkəməsinin qərarı ilə həbs olunan Okruaşvili girov müqabilində azadlığa buraxılıb və ölkə ərazisindən çıxarılıb. Fransadan siyasi sığınacaq alan sabiq nazir ölkəyə qayıtmayacağını açıqlayıb. Tiflis şəhər məhkəməsi ötən il İrakli Okruaşvili haqqında 11 azadlıqdan məhrum etmə cəzası çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR