Bank Of Baku

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Ermənistanla elektrik enerjisi sahəsində müqavilə imzalanmadığını bildirib

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Ermənistanla elektrik enerjisi sahəsində müqavilə imzalanmadığını bildirib
# 11 sentyabr 2008 12:53 (UTC +04:00)
Ankara – APA. Türkiyənin enerji və təbii ehtiyatlar naziri Hilmi Gülər Ermənistandan elektrik enerjisi alınması ilə bağlı hər hansı müqavilə imzalanmadığını bildirib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, H. Gülər bəzi özəl firmaların bu mövzuda Ermənistanla danışıqlar apardığını, ancaq heç bir sənəd imzalanmadığını deyib.

Xatırladaq ki, Ermənistanın enerji və təbii ehtiyatlar naziri Armen Movsisyan 2009-cu ildən etibarən Türkiyəyə elektrik enerjisi satmağa başlayacaqlarını söyləyib. O, prezident Abdulla Gülün İrəvana səfəri zamanı Ermənistandan Qars vasitəsilə Türkiyəyə elektrik enerjisinin ixracı barədə müqavilə imzalandığını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR