Bank Of Baku

Türkiyədə 4 PKK terrorçusu məhv edilib, 1-i yaxalanıb, 1-i isə təslim olub

Türkiyədə 4 PKK terrorçusu məhv edilib, 1-i yaxalanıb, 1-i isə təslim olub
# 11 sentyabr 2008 15:33 (UTC +04:00)
Ankara – APA. Türkiyənin cənub-şərqində 4 PKK terrorçusu məhv edilib, 1-i yaxalanıb, 1-i isə təslim olub. APA-nın məlumatına görə, sentyabrın 10-da Şırnakın Beytüşşəbab qəsəbəsinin dağlıq ərazisində təhlükəsizik qüvvələri ilə bir qrup terrorçu arasında toqquşma baş verib, nəticədə sentyabrın 8-də Beytüşşəbabdakı jandarma qərargahına atəş açaraq qaçmış 4 terrorçu öldürülüb. PKK sıralarından qaçan 1 terrorçu Şırnakın İdil qəsəbəsində təslim olub, Hakkari bölgəsinin Mərkəz qəsəbəsində də 1 terrorçu yaxalanıb. Tunceli və Bingöl rayonları ərazisində isə təxminən 100 nəfərlik terrorçu qrupa qarşı hərbi əməliyyat başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR