Bank Of Baku

Böyük Britaniya ilə Fransa arasındakı tuneldə yanğın baş verib

Böyük Britaniya ilə Fransa arasındakı tuneldə yanğın baş verib
# 12 sentyabr 2008 10:28 (UTC +04:00)
Paris – APA. Sentyabrın 11-də axşam La-Manş boğazında Böyük Britaniya ilə Fransanı bir-birinə bağlayan tuneldə yanğın baş verib. APA-nın “Sky News”a istinadən verdiyi məlumata görə, yanğın Qrinviçlə saat 13-də Avrotunelin Fransa hissəsində - sahildən 11 km aralıda yük qatarında baş verib. Yanğından zərər çəkən 14 nəfər xəstəxanalara çatdırılıb, qatardakı daha 32 nəfər evakuasiya olunub. Hadisədən sonra qatarların hərəkəti dayandırılıb. Tunelin operatoru “Eurostar” şirkəti tunelin öz işini nə vaxt bərpa edəcəyini hələlik söyləyə bilməyəcəyini deyib. Yanğın tam söndürülməsə də, nəzarət altındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR