Bank Of Baku

Avropa Şurasının keçmiş baş katibi vəfat edib

Avropa Şurasının keçmiş baş katibi vəfat edib
# 13 sentyabr 2008 10:35 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Avropa Şurasının keçmiş baş katibi Georq Kan-Agerman 90 yaşında vəfat edib. APA-nın məlumatına görə, Kan-Agerman 1974-1979-cu illərdə Avropa Şurasına rəhbərlik edib.

İxtisasca jurnalist olan keçmiş baş katib bəzi kitabların müəllifi, Bundestaqın üzvü və Almaniyanın UNESCO-dakı nümayəndə heyətinin üzvü olub. O, həmçinin Qərbi Avropa İttifaqı Assambleyası sədrinin müavini vəzifəsində çalışıb, 1963-1974-cü illərdə AŞ PA-da təmsil olunub.

Georq Kan-Agermanın Almaniyanın Myunsinge şəhərində keçirilmiş dəfn mərasimində Avropa Şurası baş katibinin müavini Mod de Bur-Bukikkio da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR