Bank Of Baku

Türkiyədə gəmi batıb, 1 nəfər ölüb, 34 nəfərdən xəbər yoxdur

Türkiyədə gəmi batıb, 1 nəfər ölüb, 34 nəfərdən xəbər yoxdur
# 15 sentyabr 2008 08:59 (UTC +04:00)
Ankara – APA. Türkiyənin Balıkəsir bölgəsinin Bandırma limanı yaxınlığında gəmi batıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, sentyabrın 14-də yerli vaxtla saat 23.30-da Bandırmadan İstanbula yola düşən “Hayat N” adlı 118 metr uzunluğundakı yük gəmisi limandan cəmi 300 metr uzaqlaşdıqdan sonra batmağa başlayıb. Gəminin içində 100-dən çox sərnişin, 73 yük avtomobili və 2 minik maşını olub. İlkin məlumatlara əsasən gəmi həddən artıq yüklənmə səbəbindən batıb. Gəmidəki insanların köməyinə ilk olaraq liman işçiləri və ətrafdakı balıqçı qayıqları yetişib. Bir qədər sonra isə sahil mühafizə xidmətinin katerləri və xilasedicilər hadisə yerinə gəliblər. Bir çox insan üzərək sahilə çıxıb. Balikəsir valisi Salih Kəsər batan gəmidən 67 nəfərin xilas edildiyini, 34 nəfərin taleyindən isə xəbər olmadığını açıqlayıb. Rəsmi məlumatlarda hələlik 1 nəfərin öldüyü bildirilir. Xilasetmə işləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR