Bank Of Baku

NATO-nun baş katibi: “Cənubi Osetiya və Abxaziyada rus qoşunlarının qalması yolverilməzdir”

NATO-nun baş katibi: “Cənubi Osetiya və Abxaziyada rus qoşunlarının qalması yolverilməzdir”
# 15 sentyabr 2008 13:34 (UTC +04:00)
Brüssel – APA. NATO-nun baş katibi Yaap de Hoop Sxeffer Avropa Birliyi ilə Rusiya arasında Cənubi Osetiya və Abxaziya ilə bağlı imzalanmış razılaşmanı qəbuledilməz adlandırıb. APA-nın məlumatına görə, baş katib “The Financial Times” qəzetinə müsahibəsində Fransa prezidenti Nikola Sarkozinin Moskvaya səfəri zamanı əldə olunmuş razılaşmada Rusiyaya həddən artıq güzəştlərin nəzərdə tutulduğunu deyib. O, Abxaziya və Cənubi Osetiyada Rusiya qoşunlarının qalmasının əleyhinə olduğunu bildirib. Sxefferin fikrincə, bununla daha əvvəl imzalanmış və hərbi əməliyyatlardan əvvəlki status-kvoya qayıdışı nəzərdə tutan 6 maddəlik saziş pozulub: “Ruslar Cənubi Osetiyada bu qədər qüvvə ilə qalırsa, mən bunu status-kvoya qayıdış kimi qiymətləndirmirəm. Cənubi Osetiya və Abxaziyada rus qoşunlarının qalması yolverilməzdir”.

Yaap de Hoop Sxeffer bəyan edib ki, Rusiya qoşunları separatçı respublikalarda qalanadək NATO-nun bu ölkə ilə keçirdiyi müntəzəm görüşlər bərpa olunmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR