Bank Of Baku

Türkiyənin dövlət qurumu Ermənistandan elektrik enerjisi almaq istəyən şirkətin müraciətini rədd edib

Türkiyənin dövlət qurumu Ermənistandan elektrik enerjisi almaq istəyən şirkətin müraciətini rədd edib
# 15 sentyabr 2008 14:07 (UTC +04:00)
Ankara – APA. Türkiyənin Enerji Bazarını Düzənləmə Qurumu Rusiyanın “İnter RAO” enerji şirkətinin Türkiyədə fəaliyyət göstərən törəmə şirkəti TGR-in Ermənistandan elektrik enerjisi idxal etmək tələbini rədd edib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, TGR-in Şərqi Anadolunun elektrik enerjisinə olan tələbatını ödəmək üçün Ermənistandan elektrik enerjisi almaq istəyi qəbul olunmayıb. Ermənistanla bu sahədə müqavilə imzalamış UNİT şirkəti isə hələlik anlaşmanın təsdiqlənməsi üçün Enerji Bazarını Düzənləmə Qurumuna müraciət etməyib. Türkiyə mətbuatı Xarici İşlər Nazirliyi və Enerji Nazirliyinin bu sövdələşmədən xəbərsiz olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR