Bank Of Baku

NATO-Gürcüstan Komissiyasının yaradılması barədə saziş imzalanıb

NATO-Gürcüstan Komissiyasının yaradılması barədə saziş imzalanıb
# 16 sentyabr 2008 07:48 (UTC +04:00)
Tiflis – APA. Tiflisdə NATO-Gürcüstan Komissiyasının yaradılması barədə çərçivə sazişi imzalanıb. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, Şimali Atlantika Şurasının bütün üzv ölkələrin səfirlərinin iştirakı ilə Gürcüstan paytaxtında keçirilən yığıncağında sazişin imzalanma mərasimi keçirilib. Alyansın baş katibi Yaap de Hoop Sxeffer bildirib ki, komissiyanın yaradılması NATO ilə Gürcüstan arasındakı münasibətlərin dərinləşdirilməsi üçün yeni imkanlar açır: “Biz fərdi tərəfdaşlıq və intensiv dialoq planlarının həyata keçirilməsindəki uğurları nəzərə alaraq münasibətlərin yeni formatına keçməliyik. Dekabrda keçiriləcək sammitdə xarici işlər nazirləri tərəfindən qiymətləndirmə aparılacaq və Gürcüstana üzvlük üçün Fəaliyyət Planı təqdim edilməsi barədə qərar qəbul olunacaq”.

Gürcüstan prezidenti Mixail Saakaşvili isə bəyan edib ki, NATO Şurasının Tiflisdə iclas keçirməsi Gürcüstanın tək olmadığına dair bütün dünyaya verilən siqnaldır. O, NATO-Gürcüstan Komissiyasının yaradılmasını alqışlayıb: “Gürcüstanla NATO arasında münasibətlər daha da güclənməlidir. NATO-ya inteqrasiya bizim yolumuzdur və biz konkret istiqamət üzrə hərəkət edirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR