Bank Of Baku

ATƏT və Avropa Şurası Rusiyanı Gürcüstanla imzaladığı sazişə əməl etməyə çağırıb

ATƏT və Avropa Şurası Rusiyanı Gürcüstanla imzaladığı sazişə əməl etməyə çağırıb
# 16 sentyabr 2008 13:09 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. ATƏT və Avropa Şurası rəhbərlərinin “2+2” formatında keçirilən görüşünü yekun bəyannaməsində Rusiya Gürcüstanla imzaladığı 6 maddəlik sazişə əməl etməyə çağırılır. Avropa Şurasının Bakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, bəyannamədə bildirilir ki,
Rusiya qoşunlarının 7 avqust tarixindən əvvəlki mövqelərinə çəkilməsi çox vacibdir.

Onlar həmçinin artıq Avropa Şurası və ATƏT tərəfindən həyata keçirilən fəaliyyətlərə öz ciddi dəstəklərini ifadə ediblər: “Cənubi Osetiya və Abxaziya da daxil olmaqla müharibənin təsiri altında qalmış ərazilərdə ümumiyyətlə insan hüquqlarının vəziyyətinin dəyərləndirilməsini davam etdirmək zəruridir. Avropa Şurasının üzvü və ATƏT-in iştirakçı dövlətləri kimi həm Rusiya, həm də Gürcüstan insan hüquqları ilə bağlı üzərilərinə götürdükləri öhdəliklərə malikdirlər və bu öhdəliklərə istənilən şəraitdə əməl olunmalıdır”.

Qeyd edək ki, Qeyd edək ki, “2+2” formatında keçirilən görüşdə həmçinin terrorizmə qarşı mübarizə, Belarusda seçkilər və s. məsələlər müzakirə olunub. Toplantıda ATƏT-in fəaliyyətdə olan sədri Aleksandr Stabb, Avropa Şurasının sədri Karl Bildt, Avropa Şurasının baş katibi Terri Devis, həmçinin ATƏT Baş Katibliyinin ofisinin direktoru Pol Frits iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR