Bank Of Baku

Yaap de Hoop Sxeffer: “Heç bir dövlətin Gürcüstanın sərhədlərini dəyişdirmək hüququ yoxdur”

Yaap de Hoop Sxeffer: “Heç bir dövlətin Gürcüstanın sərhədlərini dəyişdirmək hüququ yoxdur”
# 17 sentyabr 2008 09:19 (UTC +04:00)
Tiflis – APA. NATO-nun baş katibi Yaap de Hoop Sxeffer Gürcüstanda islahatların davam etdirilməsini istədiklərini bəyan edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Yaap de Hoop Sxeffer Gürcüstan prezidenti Mixail Saakaşvili ilə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, məhkəmə-polis sistemində islahatlar başa çatdırılmasa, Seçki Məcəlləsi təkmilləşdirilməsə və demokratikləşmə prosesi dərinləşdirilməsə, NATO ilə Gürcüstanın əməkdaşlığı alınmayacaq. Baş katib Gürcüstanın ərazi bütövlüyünü sözsüz dəstəklədiklərini bir daha vurğulayıb: “Heç bir dövlətin Gürcüstanın sərhədlərini dəyişdirmək hüququ yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR