Bank Of Baku

Həbsdə olan ordu generalı Şənər Əruyğurun beyninə qan sızıb

Həbsdə olan ordu generalı Şənər Əruyğurun beyninə qan sızıb
# 17 sentyabr 2008 10:30 (UTC +04:00)
Ankara – APA. Gizli terror təşkilatı olduğu iddia edilən “Ergenekon”la bağlı istintaq çərçivəsində həbs olunmuş Türkiyə Jandarma Qüvvələrinin sabiq komandanı, ordu generalı Şənər Əruyğurun səhhəti pisləşib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, general saxlanıldığı Kocaeli bölgəsinin Kandırma qəsəbəsi ərazisində yerləşən həbsxananın pilləkanlarından yıxılıb. Kocaeli Universitetinin tibb fakültəsinin xəstəxanasına çatdırılan Ş. Əruyğurun beyninə qan sızdığı müəyyənləşib. Həkimlər onun həyatına təhlükə olmadığını və bir həftə xəstəxanada müalicə olunacağını bildiriblər.

Xəstəxana binası jandarma qüvvələri tərəfindən mühasirəyə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR