Bank Of Baku

Almaniya məhkəməsi Türkiyədə siyasi qalmaqala səbəb olan “Dəniz Fənəri” dərnəyi ilə bağlı qərarını açıqlayıb

Almaniya məhkəməsi Türkiyədə siyasi qalmaqala səbəb olan “Dəniz Fənəri” dərnəyi ilə bağlı qərarını açıqlayıb
# 17 sentyabr 2008 12:18 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Frankfurt məhkəməsinin hakimi Yohann Müller bu gün qərarı açıqlayıb. Dərnəyin rəhbəri Mehmet Taşkan 2 il 9 ay, ondan əvvəl dərnəyin rəhbəri olmuş Mehmet Gürhan 5 il 10 ay, dərnəyin mühasibi Firdsovsi Ərmiş isə 1 ilk 10 ay müddətinə azadlıqdan məhrum ediliblər. F. Ərmiş 1,5 ildir həbsdə olduğu üçün məhkəmə zalından azadlığa buraxılıb.
Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahin məhkəmə qərarına münasibət bildirərək nə özünün, nə də rəhbərlik etdiyi nazirliyin bu cinayət işində tərəf olmadığını xatırladıb: “Ancaq Türkiyə vətəndaşlarının cinayət törətməsi və məhkum olunması sevinc duyulacaq bir hadisə deyil. Xüsusən də bu hadisə ölkə xaricində baş veribsə, daha kədərlidir”. Nazir cinayət işi ilə bağlı Ankara Baş Prokurorluğunda təhqiqat aparıldığını da söyləyib.
Qeyd edək ki, Almaniyada fəaliyyət göstərən “Dəniz Fənəri” dərnəyi yoxsul və dünyanın müxtəlif yerlərində münaqişələrdən əziyyət çəkən müsəlmanlara yardım adı altında topladığı 41 milyon 423 min avronun 16 milyon 882 min avrosunu başqa məqsədlərə sərf edib. Bu məbləğin böyük hissəsi Türkiyənin islamçılara yaxın olan “Kanal 7” telekanalına, digər hissəsi müxtəlif şirkətlərə verilib və mənimsənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR