Bank Of Baku

Çeçen polkovnik İstanbulda snayper atəşi ilə öldürülüb

Çeçen polkovnik İstanbulda snayper atəşi ilə öldürülüb
# 17 sentyabr 2008 16:52 (UTC +04:00)
İstanbul – APA. Çeçenistan müharibəsi zamanı Rusiyaya qarşı döyüşmüş polkovnik rütbəli çeçen İstanbulda qətlə yetirilib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 2004-cü ildən bəri Türkiyədə yaşayan 57 yaşlı Qazi Edilsultanovun cəsədi İstanbulun Başakşəhər səmtində tapılıb. Onun snayper atəşi ilə öldürüldüyü müəyyənləşib. Alnından və qulağından iki güllə yarası alan Q. Edilsultanov yerindəcə keçinib. Hadisə ilə bağlı təhqiqat aparan polis hesab edir ki, gecə yolda hərəkət edən bir insana uzaq məsafədən yalnız çox müasir silahla bu qədər dəqiq atəş açıla bilər və cinayət daha çox xüsusi xidmət orqanlarının istifadə etdiyi metodla törədilib. Polkovnik çeçen qaçqınlarının İstanbuldakı Fənərbağça burnunda yerləşən düşərgəsində ikinci həyat yoldaşı ilə birlikdə yaşayırmış. O, sui-qəsddən əvvəl düşərgədən çıxarkən İstanbulun Qartal rayonu ərazisindəki Maltəpə məhəlləsinə getdiyini deyib, ancaq cəsədi tamam əks istiqamətdə yerləşən Başakşəhərdə tapılıb. Q. Edilsultanovun cənazəsi Belçikada yaşayan birinci arvadı və qızı tərəfindən Çeçenistana aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR