Bank Of Baku

Türkiyədə 5 leytenant və 1 kursant həbs olunub

Türkiyədə 5 leytenant və 1 kursant həbs olunub
# 18 sentyabr 2008 17:11 (UTC +04:00)
Ankara – APA. Türkiyə Silahlı Qüvvələrinin leytenant rütbəli 5 zabiti və 1 kursant həbs olunub. APA-nın məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb. Açıqlamada bildirilir ki, İstanbul Cümhuriyyət Prokurorluğunun təlimatı ilə sentyabrın 18-də 5 leytenant və 1 kursant hərbi komandanlıq tərəfindən saxlanılıb. Onlar ifadə vermək üçün İstanbul Qarnizon Komandanlığına aparılıblar. Bu şəxslər terror təşkilatı olduğu iddia edilən “Ergenekon”la bağlı aparılan istintaq çərçivəsində həbs olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR