Bank Of Baku

AŞ PA-nın payız sessiyasının gündəliyi açıqlanıb

AŞ PA-nın payız sessiyasının gündəliyi açıqlanıb
# 19 sentyabr 2008 09:42 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva – APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sentyabrın 29-dan oktyabrın 3-nə qədər davam edəcək payız sessiyasının gündəliyi açıqlanıb. APA-nın AŞ PA-nın saytına istinadən yaydığı məlumata görə, sessiya qurumun prezidenti Luis Mariya de Puçun bəyanatı, assambleyanın vitse-prezidentinin seçilməsi və Gürcüstandakı vəziyyətə dair müzakirələr keçirilməsi üçün verilmiş sorğunun müzakirəsi ilə başlayacaq. Sentyabrın 29-da BMT-nin sivilizasiyaların ittifaqı üzrə nümayəndəsi Jorj Sampayo, AŞ Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Yavuz Mildon və Latın Amerikası Parlamentinin sədri Jorj Pizarronun çıxışları olacaq. Sentyabrın 30-da Avropa İnsan Haqları Məhkəməsinin Lüksemburqdan olan üzvü seçiləcək, elə həmin gün Gürcüstanla Rusiya arasında baş vermiş müharibə müzakirə ediləcək. Müzakirələrə hər iki ölkə üzrə həmməruzəçilər, insan haqları, miqrasiya və qaçqınlarla bağlı komitələrin nümayəndələri qatılacaqlar. Günün ikinci yarısında yunan Kiprinin prezidenti Demetris Xristofiasın çıxışı nəzərdə tutulub. Sonra Bosniya və Herseqovinanın AŞ PA qarşısındakı öhdəlikləri ilə bağlı məsələ müzakirəyə çıxarılacaq. Oktyabrın 1-də Şimali Kipr Türk Respublikasının prezidenti Mehmet Əli Tələt nitq söyləyəcək və Kipr problemi ətrafında diskussiya aparılacaq. Oktyabrın 2-də Gürcüstandakı vəziyyətin müzakirəsi davam etdiriləcək. Sonra İsveçin baş naziri Frederik Reynfildtin çıxışı, Serbiyanın AŞ PA qarşısındakı öhdəlikləri, Voyvodinada (Rumıniya) milli azlıqların durumu müzakirə olunacaq. Sessiyanın sonuncu günü isə qadınlara qarşı zorakılıq və belə hallarla mübarizə, KİV-də demokratizmin indikatorları və digər məsələlərə baxılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR