Bank Of Baku

Yaap de Hoop Sxeffer: “Gürcü-osetin münaqişəsi məsələsində bütün tərəflər güzəştə getməlidir”

Yaap de Hoop Sxeffer: “Gürcü-osetin münaqişəsi məsələsində bütün tərəflər güzəştə getməlidir”
# 19 sentyabr 2008 10:29 (UTC +04:00)
London – APA. NATO ölkələri müdafiə nazirlərinin Londonda keçirilən müşavirəsində gürcü-osetin münaqişəsi və onun Şimali Atlantika bloku üçün nəticələri müzakirə olunur. APA-nın məlumatına görə, məsələ ilə bağlı Rusiyanın “Vesti” telekanalına açıqlama verən alyansın baş katibi Yaap de Hoop Sxeffer bildirib ki, problemin siyasi yolla həlli yolunun axtarılması vacibdir: “Bu, o deməkdir ki, bütün tərəflər güzəştə getməlidir”. Sxeffer deyib ki, Medvedev-Sarkozi planını heç vaxt qəbulolunmaz adlandırmayıb: “Mən Gürcüstan ərazisində, o cümlədən Cənubi Osetiya və Abxaziyada rus qoşunlarının mövcudiyyətini tənqid etmişəm. Bunu qəbul etmək çətindir”.

NATO-nun baş katibi Rusiyanın etirazlarına və Gürcüstanın separatçı bölgələri ətrafındakı vəziyyətə baxmayaraq, Ukrayna və Gürcüstanın hərbi-siyasi blokun üzvlüyünə namizəd kimi qaldıqlarını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR