Bank Of Baku

Türkiyənin baş naziri tərəfdarlarını mətbuatı boykot etməyə çağırıb

Türkiyənin baş naziri tərəfdarlarını mətbuatı boykot etməyə çağırıb
# 19 sentyabr 2008 11:25 (UTC +04:00)
Ankara – APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan “Doğan” media qrupuna qarşı tənqidlərini və ittihamlarını davam etdirir. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan medianın etibarını və inandırıcılığını itirdiyini bildirərək rəhbərlik etdiyi partiyanın üzvlərini bu qəzetləri almamağa çağırıb: “Media inandırıcılığını itirib və özünü bitirib. Ona görə də mən sizi yalan, yanlış xəbərlər yayımlayan mediaya qarşı kampaniyaya başlamağa, həmin qəzetləri almamağa səsləyirəm. Bu, bizim ən təbii haqqımızdır. Hansı dili başa düşürlərsə, o dildə danışacağıq. Bu ölkəyə xidmət edərkən bir də onlarlamı məşğul olmalıyıq? İşimiz-gücümüz var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR