Bank Of Baku

“Ergenekon”la bağlı həbs olunmuş generalın azad olunmasına qərar verilib, məşhur aktrisa və meneceri də sərbəst buraxılıb-YENİLƏNİB

“Ergenekon”la bağlı həbs olunmuş generalın azad olunmasına qərar verilib, məşhur aktrisa və meneceri də sərbəst buraxılıb-<font color=red>YENİLƏNİB</font>
# 21 sentyabr 2008 19:03 (UTC +04:00)
APA-nın xəbərinə görə, qərar bu gün İstanbuldakı 9-cu Ağır Cəza Məhkəməsi tərəfindən çıxarılıb.

Ş. Əruyğurun azadlığa buraxılması ilə bağlı qərarın onun səhhətində yaranmış ciddi problemlə bağlı olduğu bildirilib.

Qeyd edək ki, Ergenekon əməliyyatı çərçivəsində bu il iyulun 6-da həbs olunaraq, Kocaelidəki həbsxanaya göndərilən general sentyabrın 17-də yüksək qan təzyiqi səbəbi ilə həbsxanasda pilləkənlərdən yıxılıb. Nəticədə onun boynu sınıb, beyninə qan sızıb. Hazırda Kocaeli xəstəxanasında reanimasiya şöbəsində komada olan generalın hələlik azad olunması ilə bağlı qərardan belə xəbəri yoxdur.

Həkimləri onun səhhətində müəyyən irəliləyişlər olduğunu desələr də, hələlik həyati təhlükəsi keçməyib. Buna görə də məhkəmənin qərarından dərhal sonra Kocaeli Xəstəxanasının baş həkimi Nazım Mutlu generalın ailəsinin qərar verəcəyi təqdirdə onun başqa bir xəstəxanaya köçürülməsinin mümkün olduğunu söyləyib.

Eyni əməliyyat çərçivəsində həbs olunmuş 5 hərbçi və bir hərbi məktəb tələbəsinin də bu gün məhkəməsi keçirilib. Onlardan biri məhkəmədə sərbəst buraxılsa da, digərləri haqqında həbs-qətimkan tədbiri seçilib.

Ergenekon əməliyyatı ilə bağlı saxlanılan aktrisa Nursəli İdiz və menecer Seyhan Soylunun da daxil olduğu 13 nəfər də məhkəməyə göndərilib.

İfadələri alınan N. İldiz, S. Soylu və daha üç nəfər sərbəst buraxılıblar, vəkil Levent Təmizin də daxil olduğu 8 nəfər barəsində isə həbs-qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR