Bank Of Baku

Rusiyaya casusluq edən Estoniya Müdafiə Nazirliyinin Dövlət Sirrini Mühafizə İdarəsinin sabiq rəisi həbs olunub

Rusiyaya casusluq edən Estoniya Müdafiə Nazirliyinin Dövlət Sirrini Mühafizə İdarəsinin sabiq rəisi həbs olunub
# 22 sentyabr 2008 11:54 (UTC +04:00)
Tallin-APA. Estoniya Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşı xarici ölkələrdən birinə casusluq etdiyinə görə həbs olunub. APA-nın məlumatına görə, saxlanan şəxs Müdafiə Nazirliyinin Dövlət Sirrini Mühafizə İdarəsinin sabiq rəisi Xerman Simmdir. Onun məxfi məlumatları toplayaraq xarici dövlətlərdən birinə ötürdüyü bildirilir. Xerman Simmin həyat yoldaşı da dövlətə xəyanətdə ittiham olunaraq həbs edilib. Respublika Prokurorluğunun bununla bağlı yaydığı rəsmi açıqlamada saxlanan şəxslərin konkret hansı dövlətin lehinə casusluq etdiyi açıqlanmır. BNS agentliyi isə etibarlı mənbələrə istinadən eston dövlət məmurunun məxfi materialları Rusiyaya ötürdüyü barədə məlumat yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR