Bank Of Baku

Türk ordusu daha 1 il İraqın şimalında hərbi əməliyyat keçirəcək

Türk ordusu daha 1 il İraqın şimalında hərbi əməliyyat keçirəcək
# 22 sentyabr 2008 13:14 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, hökumətin hazırladığı müvafiq qərar layihəsi ölkə parlamentinə təqdim olunub. Sənəddə bildirilir ki, İraqın şimalında gizlənmiş PKK terrorçuları türk xalqının təhlükəsizliyinə, ölkənin milli birliyinə, güvənliyinə və ərazi bütövlüyünə qarşı təhdidləri davam etdirirlər.
Qeyd edək ki, ötən bir il müddətində türk ordusu İraqın şimalında quru qüvvələrinin iştirakı ilə bir, hərbi aviasiyanın iştirakı ilə isə dəfələrlə əməliyyat keçirib. Parlamentin orduya verdiyi bir illik səlahiyyətin vaxtı oktyabrın 17-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR