Bank Of Baku

Türkiyənin tanınmış jurnalisti Tuncay Özkan həbs edilib – YENİLƏNİB

Türkiyənin tanınmış jurnalisti Tuncay Özkan həbs edilib – <font color=red>YENİLƏNİB </font>
# 23 sentyabr 2008 07:37 (UTC +04:00)
T. Özkanın kompüteri və evdəki bəzi sənədlər müsadirə edilib. Axtarış başa çatdıqdan sonra onun İstanbul Əmniyyət Müdirliyinin (polis idarəsi) terrorla mübarizə şöbəsinə aparılacağı gözlənilir.
Qeyd edək ki, T. Özkan Türkiyənin mövcud hökumətinə qarşı ən kəskin müxalif mövqeyi ilə tanınan şəxslərdən biridir. “Biz kaç kişiyiz” (“Biz neçə nəfərik”) adlı ictimai hərəkatın lideri olan jurnalist bu hərəkatın bazasında siyasi partiya yaradacağını açıqlamışdı. T. Özkan bir müddət əvvəl sahibi olduğu “Kanaltürk” telekanalını satmağa məcbur olmuş və “Kanal biz” adlı yeni telekanal açmışdı.
“Eregenekon” əməliyyatının növbəti dalğası çərçivəsində “Kanaltürk”ün keçmiş xəbər müdiri Əhməd Bulud, müxalifyönlü “Cumhuriyet” qəzetinin yazarı, İstanbulun Əsənyurt rayonunun sabiq bələdiyyə başçısı Gürbüz Çapan və daha bir neçə nəfər də saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR