Bank Of Baku

Türkiyədə “Ergenekon”la bağlı həyata keçirilən növbəti həbs dalğasında 16 nəfər saxlanılıb

Türkiyədə “Ergenekon”la bağlı həyata keçirilən növbəti həbs dalğasında 16 nəfər saxlanılıb
# 23 sentyabr 2008 15:23 (UTC +04:00)
Ankara – APA. Terror təşkilatı olduğu iddia edilən “Ergenekon”la bağlı aparılan istintaq çərçivəsində həyata keçirilən növbəti həbs dalğasında 16 nəfər saxlanılıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, polis əməliyyatı Ankara, İstanbul və İzmirdə eyni anda - yerli vaxtla saat 06.30-da başlayıb. Əməliyyat nəticəsində “Kanaltürk”ün sabiq, “Kanal biz”in indiki sahibi Tuncay Özkan, onun həkimi Məsud Özcan, ”Kanaltürk”ün keçmiş xəbər müdiri Əhməd Bulud, bu telekanalın aparıcısı olmuş Duyğu Dikmənoğlu, İstanbul Əmniyyət Müdirliyinin (polis idarəsi) mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin sabiq müdiri Adil Sərdar Saçan, “Cumhuriyet” qəzetinin yazarı, İstanbulun Əsənyurd rayonunun keçmiş bələdiyyə başçısı Gürbüz Çapan, istefada olan polkovnik Tanju Güvəndirən, “Aydınlık” dərgisinin yazarı Emcet Olcaytu kimi tanınmış şəxslər həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR