Bank Of Baku

Latviya parlamenti Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqdan imtina edib

Latviya parlamenti Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqdan imtina edib
# 25 sentyabr 2008 10:49 (UTC +04:00)
Riqa-APA. Latviya Seymi Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaq barədə qanun layihəsini rədd edib. APA-nın məlumatına görə, müraciətin iclasın gündəliyinə daxil edilməsi təklifinin lehinə 5, əleyhinə 68 millət vəkili səs verib. Qeyd edək ki, bu separatçı bölgələrin müstəqilliyinin tanınması barədə qanunvericilik təşəbbüsü ilə “Vahid Latviyada İnsan Hüquqları Uğrunda” müxalifət partiyası təqdim edib. Qanun layihəsində Abxaziya və Cənubi Osetiya ilə diplomatik münasibətlər qurmaq, bu bölgələrin BMT və ATƏT-ə üzvlüyünə dəstək vermək, münaqişədən əziyyətə çəkən Cənubi Osetiyaya 4 milyon dollar yardım göstərmək kimi müddəalar var. Xatırladaq ki, bu günə kimi hər iki separatçı rejimin müstəqilliyini Rusiyadan başqa yalnız Nikaraqua tanıyıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR