Bank Of Baku

AKP-dən bir millət vəkili istefa verib

AKP-dən bir millət vəkili istefa verib
# 25 sentyabr 2008 16:55 (UTC +04:00)
Ankara – APA. Türkiyənin hakim partiyası deputatlarından birini itirib. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, Ədalət və İnkişaf Partiyasının (AKP) Yozqat bölgəsindən seçilmiş millət vəkili Yaşar Öztürk partiya üzvlüyündən istefa verib. O, istefasının səbəblərini açıqlamayıb.

Qeyd edək ki, bu gün AKP-nin ikinci adamı Dengir Mir Mehmet Fırat və müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının parlament fraksiyasının həmsədri Kamal Kılıçdaroğlu arasında teledebat keçirilib. Parlamentin binasında məşhur telejurnalist Uğur Dündarın aparıcılığı ilə keçirilən debatda K. Kılıçdaroğlu D. Fıratı bir sıra cinayətlərdə ittiham edib və bununla bağlı sənədlər göstərib. D. Firat isə bunları əsassız adlandırıb və opponentini iftira atmaqda suçlayıb. Debat ölkənin əsas telekanalları vasitəsilə canlı yayımlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR