Bank Of Baku

İstanbuldakı Quştəpə məscidinin minarəsi uçub

İstanbuldakı Quştəpə məscidinin minarəsi uçub
# 26 sentyabr 2008 14:18 (UTC +04:00)
İstanbul – APA. İstanbulun Şişli rayonu ərazisindəki Quştəpə məscidinin minarəsi uçub. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, bu gün İstanbulda başlayan şiddətli külək tarixi məscidin minarəsini uçurub. Şişli bələdiyyəsinin sədri Mustafa Sarıgül hadisə zamanı 3 nəfərin yaralandığını açıqlayıb. Beşiktaşdakı Hamidiyyə məscidinin həyətində cümə namazı qılan insanların üzərinə isə ağac düşüb. Güclü külək 90 illik ağacı kökündən çıxararaq yerə sərib. Ağacın altında qalan 4 nəfər yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR