Bank Of Baku

Tomas Hammarberq: “Müharibə qurbanlarının geriyə dönüş hüququ təmin edilməlidir”

Tomas Hammarberq: “Müharibə qurbanlarının geriyə dönüş hüququ təmin edilməlidir”
# 30 sentyabr 2008 18:07 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli – APA. “Müharibə qurbanlarının geriyə dönüş hüququ təmin olunmalıdır”. APA-nın Avropa bürosunun məlumatına görə, bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyasında çıxışı zamanı AŞ-nin İnsan haqları üzrə komissarı Tomas Hammarberq deyib. O, Cənubi Qafqaz regionuna son səfəri zamanı bu məsələni diqqətdə saxladığını bəyan edib. Gürcüstana sentyabrın sonunda səfər etdiyini bildirən T. Hammarberq hazırda faciəvi humanitar vəziyyətin yarandığını diqqətə çatdırıb: “Bununla belə, müsbət irəliləyişlər müşahidə olunur. Ötən müddət ərzində çoxlu sayda insan geri qayıdıb”.

Komissar ərazilərin minalardan tam təmizlənməsi üçün tərəflər arasında məlumat mübadiləsinin aparılmasının vacibliyini qeyd edib. T. Hammarberq əsirlərin dəyişdirilməsində də irəliləyişlərin olduğunu bildirib: “Bu, həm ailələr, həm də tərəflər arasında etimadın yaradılması üçün də vacibidir”.

Komissar humanitar təşkilatların regionda sərbəst hərəkəti üçün razılığın əldə olunmasının zəruriliyini də diqqətə çatdırıb. O, insan haqlarının effektiv səkildə təmin olunması üçün mütəxəssislərə ehtiyac duyulduğunu, ofisinin buna hazır olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR